Tehranda məhkəmə və prokurorluq binası qarşısında partlayış törədildi

İranın paytaxtı Tehranda məhkəmə və prokurorluq binasının qarşısında partlayış törədilib.

Stopnarkotik.az xəbər verir ki, məlumatı “Azad İran” yayıb.

Məlumat görə, hadisə noyabrın 2-də gecə saatlarında baş verib. 3 dəfə partlayış səsinin eşidildiyi də bildirilib.

Hadisəni törədənlər barədə məlumat yayılmayıb. Partlayış nəticəsində ölən və xəsarət alanın olduğuna dair məlumat da yoxdur.