İranda mülki uçuşlara rəsmi qadağa qoyulmasına baxmayaraq, Tehranın Mehrabad hava limanından 10-a yaxın mülki təyyarə naməlum istiqamətdə havaya qalxıb. Bu barədə “Kanal 9” xəbər verir.
Reyslərin onlayn xidmətləri izləyənlər qeyd edirlər ki, təyyarələrin əksəriyyəti havaya qalxdıqdan qısa müddət sonra transponderlərini söndürüb. Onların arasında həm biznes-jetlər, həm də 170-ə qədər sərnişin daşıya bilən iri təyyarələr var.
Uçuşlar son təyinat yerini açıqlamayıb, bu da baş verənlərlə bağlı iki əsas versiyanın yaranmasına səbəb olub.
Müxalifətin fikrincə, İran elitası Tehrandan Rusiyaya qaçırlar.
İran sosial şəbəkələrində yayılan başqa bir versiyada deyilir ki, təyyarələr İsrailin hava zərbələrindən qorumaq üçün sadəcə olaraq paytaxtdan təhlükəsiz hava limanlarına təxliyə edilir. Bir gün əvvəl ikili təyinatlı obyekt hesab edilən Mehrabad hava limanı artıq hücuma məruz qalıb.
Stopnarkotik.az