"Tehran İsrailin hücumlarına sərt cavab verəcək" - İran Baş Qərargahının sözçüsü

İsrail İran ərazisinə, o cümlədən yaşayış binalarına zərbələr endirib.

Stopnarkotik.az “İRNA”ya istinadən xəbər verir ki, bunu İran Baş Qərargahının sözçüsü, briqada generalı Əbülfəzl Şekarçi bəyan edib.

Onun sözlərinə görə, Tehran İsrailin ABŞ-nin dəstəyi ilə həyata keçirdiyi hücumlara sərt cavab verəcək.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri Tehran yaxınlığındakı hərbi bazalara, o cümlədən Natanz nüvə obyektinə hücum edib.