Tehran Azərbaycana qarşı Borçalı və Dağıstan üzərindən təxribat hazırlayır…

İran xüsusi xidmət orqanları Cənubi Qafqazda şiə azərbaycanlıların yüksək cəmləşdiyi yaşayış məntəqələrində intensiv fəaliyyət aparmaqdadır

Vaşinqtonu təkcə ABŞ-ın deyil, dünya beyin mərkəzlərinin paytaxtı adlandırmaq olar. Dünyanın hər yerindən olan siyasətçilər siyasi təşəbbüsləri araşdırmaq və təbliğ etmək məqsədi ilə bu şəhərə toplaşırlar. Fərqli istiqamətlər arasında bir çox təşkilat İranı və onun zərərli fəaliyyətini öyrənməklə məşğul olur.

Stopnarkotik.az xəbər verir ki, onların əksəriyyəti İranın Yaxın Şərqdəki fəaliyyətini, eləcə də Avropa İttifaqı və ABŞ-da İran rejimi ilə bağlı lobbiçilik və informasiya fəaliyyətlərini yaxından izləyir və sənədləşdirir. Bununla belə, İranın Suriya, İraq və Körfəz regionunda fəaliyyəti ən çox diqqəti cəlb etsə də, İranın Cənubi Qafqazdakı fəaliyyəti, xüsusən də zərərli informasiya fəaliyyətinə demək olar ki, diqqət yetirilmir.

Təxminən 10 il əvvəl Vaşinqtonda Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin tərkibinə daxil olan Avropa və Avrasiya üzrə Alt Komitənin təqdim etdiyi dinləmələr oldu. Təəssüf ki, bu, sonrakı illərdə Cənubi Qafqaza diqqətin nəzərəçarpacaq dərəcədə artmasına səbəb olmadı. Cənubi Qafqaz Avropa və Asiyanın kəsişməsində yerləşdiyinə görə, həmişə mühüm region olsa da, onun həm logistika baxımından, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyəti Rusiyaya qarşı təcavüzün başlanmasından bəri kəskin şəkildə artıb. Eyni zamanda, İran artıq kifayət qədər müddətdir ki, regiondan öz gündəmini aktiv saxlamaq üçün istifadə edir; xüsusən də Ukraynadakı qanlı müharibədə istifadə olunmaq üçün Rusiyaya silah çatdırmaq üçün.

İranın regionda praktiki olaraq bütün fəaliyyəti dumanlı təbliğat pərdəsi ilə müşayiət olunur və Tehran öz hekayələrini yaymaq, təbliğ etmək, eləcə də rəqiblərinə hücum etmək üçün yerli faydalı axmaqlardan ibarət xordan istifadə edir.

Tehran 2020-ci ildə Azərbaycan və Ermənistan arasında baş vermiş müharibədən sonra regiondakı nüfuzundan narahat olmağa başlayıb, zaman ki, İran rejiminin fikrincə, “İran üçün şimal marşrutunun bağlanması” təhlükəsi yaranıb və hansı ki, bu marşrut xeyli müddətdir indiyə qədər də SEPAH və ümumiyyətlə rejim tərəfindən şübhəli məqsədlər üçün fəal şəkildə istifadə olunub. Bu marşrutun bağlanması ilə bağlı heç bir təhdid və ya hadisələr baş verməsə də, İran rejimi öz reallığında yaşayır. İranın qorxuları və daha çox ambisiyaları onu Cənubi Qafqazda “aktiv tədbirləri” gücləndirməyə vadar edib. İranın Sovet İttifaqının dağılmasından sonra illərdir regionda qurduğu geniş şəbəkəsi son bir neçə ildə hiperaktivləşib. Aydındır ki, İranın həm informasiya infrastrukturu, həm də təsir agentləri şəbəkəsi yaratmaq üçün kifayət qədər vaxtı var idi. Azərbaycan açıq-aşkar əsas hədəf idi, çünki əhalisinin çoxu İrandan sonra şiə olan ikinci ölkədir.

Kültürlerin kavşağında doğalın güzelliği: Dağıstan

Bundan əlavə, İran xüsusi xidmət orqanları Gürcüstanın cənub-şərqindəki Borçalı və Dağıstanın cənubu kimi Cənubi Qafqazda şiə azərbaycanlıların yüksək cəmləşdiyi yaşayış məntəqələrində intensiv fəaliyyətə başlayıb. Azərbaycanda informasiya və kəşfiyyat fəaliyyətinə qarşı ciddi müqaviməti nəzərə alaraq, Tehran nisbi cəzasızlıqla fəaliyyət göstərə biləcəyi yuxarıda qeyd olunan yerlərdən istifadə edir. Bu yerlər regionda zərərli informasiya əməliyyatlarının həyata keçirilməsi üçün bir növ "partlama platforması" kimi çıxış edir.

Üstəlik, bu fəaliyyət təkcə Qafqazla məhdudlaşmır. İran xüsusi xidmət orqanlarının "əməkdaşlığa cəlb etdikləri" (verbovka etdikləri) azərbaycanlılardan öz əməliyyat məqsədləri üçün istifadə etməyə başlaması İranın onların təsir imkanlarından necə yararlanmaq niyyətində olduğunun əyani sübutudur.

Onu da unutmaq olmaz ki, Xəzər dənizindən və Mərkəzi Asiyadan enerji ehtiyatlarının Avropaya, Türkiyəyə, hətta İsrailə çatdırılmasında Azərbaycanla yanaşı, Gürcüstan həlledici rol oynayır.

İranın Cənubi Qafqazda informasiya əməliyyatlarının ən kritik elementlərindən biri Azərbaycan dilində yayımlanan “Səhər” təbliğat telekanalıdır. Azərbaycan dili İranın Cənubi Qafqaza və Rusiyada yaşayan milyonlarla insana qarşı təbliğat və dezinformasiyada istifadə etdiyi əsas dildir. Saysız-hesabsız internet saytları, Telegram və YouTube kanalları, Twitter və İnstagram hesabları, Facebook səhifələri və böyük həcmli çap ədəbiyyatı İranın antisemit, anti-Amerika və bəzən də anti-Türkiyə hekayələrini 24/7 Azərbaycan dilində təbliğ edir.

Artıq bir müddətdir ki, İran təbliğatı diqqətinin böyük hissəsini Azərbaycana qarşı hərbi və terror təhdidləri ilə bağlı mesajlar və videolarla müşayiət olunan Azərbaycan rəhbərliyini tənqid etməyə və hətta açıq şəkildə təhqir etməyə həsr edir. İnformasiya və ideoloji qarşıdurmanın zirvəsi yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə hücum oldu. Nəticədə təhlükəsizlik xidmətinin azərbaycanlı rəhbəri həlak oldu, daha iki nəfər yaralan.

Bu hücumdan sonra səfirlik fəaliyyətini dayandırıb. Səfirliyə hücumun ardınca İran və onun Cənubi Qafqazdakı müvəkkilləri tərəfindən informasiya aktivliyi kəskin artıb. İki ay keçməmiş Azərbaycan Milli Məclisinin deputatı, İranın kəskin tənqidçisi kimi tanınan Fazil Mustafanın həyatına qəsd oldu. Təxminən eyni vaxtda Azərbaycanın xüsusi xidmət orqanları Azərbaycan vətəndaşı olan bir qrup İran agentini həbs edib; iranlı idarəçilərinin onlara verdiyi müxtəlif tapşırıqları yerinə yetirmişdilər. Maraqlıdır ki, onların demək olar ki, hamısı İranyönümlü radikal teleqram kanallarının aktiv istifadəçiləri olub, bəziləri isə Xamneyinin elan etdiyi “İnformasiya Cihadı” çərçivəsində İran xüsusi xidmət orqanlarının sifarişi ilə İranyönlü Teleqram kanalları yaradıb və idarə ediblər.

Hazırda Cənubi Qafqaz regionunda İranın bədxassəli fəaliyyətində artım müşahidə olunur. Onun İran və Rusiya arasında sıxışan yol ayrıcındakı mövqeyi bu regionu informasiya müharibəsi üçün cəlbedici hədəfə çevirir. Onun geosiyasi əhəmiyyəti, kritik neft və qaz tədarükü ilə yanaşı, o deməkdir ki, İranın xeyrinə dəyişikliklər təkcə regionun deyil, həm də Avropanın və dünyanın qalan hissəsinin sabitliyinə təhlükə yaradacaq.

Stopnarkotik.az