Təcili yardım avtomobilinin sürücülərindən biri cəzalandırılıb.
Sürücü Rəşidzadə Kərim Arif oğlu çağırış zamanı "TikTok" sosial şəbəkəsində canlı yayım açaraq orada qeyri-etik ifadələr səsləndirib. Bəzi insanları təhqir etdiyi videoları səhifəsində paylaşan K.Rəşidzadə sonradan onları silib.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, təcili tibbi yardım sürücüsünün müxtəlif vaxtlarda yaydığı videogörüntülər haqqında araşdırma aparılıb:
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin təcili yardım avtomaşının sürücüsü Kərim Rəşidzadə 16.11.2024-cü il tarixində növbədə olarkən xidməti geyimdə cavabdeh olduğu təcili yardım avtomaşınında qeyri-etik ifadələr işlətdiyindən, müəsissənin nüfuzuna xələl gətirdiyinə və əmək intizamı qaydalarını kobud şəkildə pozduğuna görə 02.12.2024-cü il tarixində töhmət verilib"./"unikal"