Tbilisidə xüsusi təyinatlılar etirazçılara müdaxilə etməyə başladı

Gürcüstan parlamentinin binasında xüsusi təyinatlılar etirazçıları saxlamağa başlayıb. Saxlanılanlar arasında “Anti-işğal hərəkatı”nın lideri Davit Katsarava da var.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.

Bildirilib ki, qalmaqallı “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbulundan sonra bir qrup etirazçı parlament binasının yaxınlığındakı hasarı sındırıb.

Gürcüstan parlamentində iğtişaşlarla əlaqədar qırmızı təhlükəsizlik səviyyəsi tətbiq edilib.

Qeyd edək ki, etirazlara baxmayaraq, Gürcüstan parlamenti bu gün hakim “Gürcü Arzusu” partiyasının təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib.