Bakının Nərimanov rayonunda yerləşən taxta bazarında baş verən yanğın zamanı 1000 m²-ə yaxın taxta yanıb.
Bunu jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəisi Taleh Babayev deyib.
Onun sözlərinə görə, 800-1000 kv metr ərazi yanıb.
"Əraziyə 70 nəfər şəxsi heyət və 5 texnika cəlb olunub. Yanğın məhdudlaşdırılb. Hadisənin səbəbləri araşdırılır. Bununla bağlı əlavə məlumat veriləcək", - T.Babayev qeyd edib.