Bu gün səhər saatlarında Tatarıstanın paytaxtı Kazanda 37 mərtəbəli yaşayış binasına dronla hücum edilib.
Stopnarkotik.az Rusiya mediasına istinadən xəbər verir ki, “Mavi səmalar” adlı yaşayış kompleksində yanğın başlayıb və sakinlər təxliyə edilib.
Hadisə şahidləri üç dəfə partlayış olduğunu söyləyirlər. Dron binanın 15-ci mərtəbəsinə çırpılaraq partlayış törədib. Başlayan yanğın nəticəsində binanın liftləri bloklandığı üçün sakinləri yanğınsöndürənlər xüsusi nərdivanlarla xilas etməli olub.