Tarixin ən böyük kokain partiyası ələ keçirildi

ABŞ-ın Mayami şəhərində tarixin ən böyük kokain partiyası tutulub.

Stopnarkotik.az xəbər verir ki, Mayami şəhərinin Everqleyds limanında (Fort Lauderdale) Sahil Mühafizəsi ABŞ-da indiyə qədər ələ keçirilən ən böyük məbləğ olan 27 ton kokain yükünü müsadirə edib.

Şayiələrə görə, kokain yükü məşhur narkotik alverçisi Rafael Karo Kinteronun qardaşı, “Pelo Çino” kimi tanınan narkobaron Xose Gil Karo Kinteroya aid olub.

Lakin yükün ölçüsünü nəzərə alınsa, onun bir nəfərə məxsus olmaq ehtimalı azdır. Çox güman ki, 27 ton kokainə bir neçə narkotik alverçisi şərikli sərmayə qoyub - Karo Kintero və tərəfdaşları, onların arasında “Guasave Karteli” də ola bilər.

Müsadirə edilən yükün təxmini topdansatış dəyəri 500 milyon dollardan çox qiymətləndirilir. Belə demək olarsa, belə nəhəng narkotik yükünün müsadiəsinə görə "çox kəllələr gedəcək". 

Stopnarkotik.az