Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi 21 ünvanında yerləşən 3350 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə olunduğu aşkar olunub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsi məlumat yayıb.
Bildirilib ki, yol verilmiş müdaxilə faktının qarşısı alınıb.
Tarixi abidənin birinci mərtəbəsində, fasad hissəyə bərkidilmiş əlüzyuyan çanaq sökülüb.
Yol verilmiş qanun pozuntusu ilə bağlı obyekt sahibinə xəbərdarlıq edilib.