Tanınmış vəkilin evi qarət edildi - DİN-dən AÇIQLAMA / YENİLƏNİB

Xəbər verdiyimiz kimi, tanınmış vəkil Bəhruz Bayramovun mənzili qarət edilib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, araşdırma aparılır.

Nəticəsi barədə məlumat veriləcək.

***10:41

Tanınmış vəkil Bəhruz Bayramovun mənzili qarət olunub.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya vəkilin özü deyib.

Bəhruz Bayramovun sözlərinə görə, Bakının Binəqədi Rayonu Rəsulzadə qəsəbəsindəki həyət evinə girən oğrular əsas əşyaları aparıblar: ”Televizor, xalçalar, kombi, qab-qacaqlar, bahalı suvenerlər və sair məişət əşyalarını  aparıblar. Mənə ən çox təsir edən mərhum anamın yadigarı olan qədimi xalça idi”.

Bəhruz Bayramov bildirib ki, hadisə yerinə polis çağırılıb: ”İki saata yaxın araşdırma apardılar. Ekspert də gəlmişdi, əl-ayaq izləri götürdülər. İstintaq hərəkətləri apardılar. İnanıram ki, polis bu cinayətin üstünü açacaq”.

Vəkil Bəhruz Bayramovun evi qarət edildi - FOTOLAR

Vəkil Bəhruz Bayramovun evi qarət edildi - FOTOLAR