Türkiyədə baş verən son zəlzələlərdən sonra Mərmərə zəlzələsi yenidən gündəmə gəlib.
Stopnarkotik.az Türkiyə mediasına istinadən xəbər verir ki, zəlzələ üzrə alim Naci Görür TV100-də qatıldığı proqramda mühüm xəbərdarlıqlar edib.
O, Tunceli və Elazığda zəlzələ təhlükəsi olduğuna diqqət çəkib.
Naci Görür bildirib ki, Bursanın Gemlik mahalı mütləq köçürülməlidir:
"Gemlik mütləq köçürülməlidir. Gemlik, Geyve, İznik Şimali Anadolu fayının üzərindədir. Ərazi dəniz qumu ilə doludur. Qaçmaq şansı yoxdur".
Onun sözlərinə görə, Anadolu hər il dənizin altındakı fay boyunca Yunanıstana doğru 1-2 sm irəliləyir:
"Mərmərə dənizi gərginlik altındadır. Anadolu hər il dənizin altındakı fay boyunca Yunanıstana doğru 1-2 sm hərəkət edir".