Tanınmış müğənni narkotik çəkən qızından qorunmaq üçün özünü otağa kilidlədi - VİDEO

Türkiyəli müğənni Umut Akyürek qızının narkotik maddə qəbul etdiyini açıqlayıb.

O, bu barədə sosial şəbəkədə paylaşdığı videoda bildirib.

Sənətçi qızının narkotik istifadə etdiyini və ondan qorunmaq üçün özünü evin bir otağına kilidlədiyini deyib:

"O, psixoloji xəstəlik səbəbindən özünü saxlaya bilmədiyi üçün vəziyyət dəhşətli həddə çatdı! Mən özümü otağa kilidləmişəm. Biz polisə zəng etməli olduq. Ölkəmizdə baş verən hadisələr bu maddənin istifadəsi ilə bağlıdır. Mən bir müğənniyəm, buna gücüm çatmır. Ona nəsə olacağından qorxuruq. O, huşunu itirir".

Ətraflı videoda: