Dağıstanın Mahaçqala şəhərində rusiyalı MMA döyüşçüsü Timur Xizriyevə hücum edən iki şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Bunu TASS-a Dağıstanın idman naziri Sacid Sacidov deyib.
Bildirilir ki, baş vermiş fakt üzrə sağlamlığa ağır zərərvurma barəsində cinayət işi qaldırılıb.
Qeyd edək ki, iyulun 16-da iki naməlum şəxs Xizriyevə hücum edərək ona travmatik tapançadan atəş açıb. İdmançı xəstəxanaya yerləşdirilib.
Hücuma səbəb kimi onun avtomobillə bağlı borcu göstərilir. Zərərçəkmiş pulu qaytaracağına söz verib, lakin sonradan avtomobil sahibi bunun çox vaxt aparacağına qərar verib. Danışıq cəhdləri nəticəsiz qalıb, bundan sonra idmançı hücuma məruz qalıb.

***09:03
Rusiyanın Dağıstan respublikasında iki silahlı şəxs rusiyalı MMA döyüşçüsü Timur Xizriyevə sui-qəsd cəhdi edib.
Atışma Mahaçqalanın Daniyalov küçəsində baş verib. Hücum anı həyət kameralarına düşüb. Kadrlarda iki naməlum maskalı şəxsin arxadan idmançıya tərəf qaçaraq azı beş dəfə atəş açması görünür.
Bundan sonra hücum edənlər ağ rəngli “Priora”da qaçıblar.
Yaralının vəziyyəti stabildir, həyatı üçün təhlükə yoxdur. İlkin məlumata görə, onun çiyin, bilək və döş qəfəsində beşə yaxın yara var.//Report