Sərnişin kuryeri aldadaraq ona saxta pul verib.
Hadisə bir neçə gün əvvəl axşam saatlarında paytaxtda qeydə alınıb. Şikayətçinin sözlərinə görə, o, “Kia Rio” markalı avtomobillə hərəkətdə olarkən bir nəfər yolüstü onu gedəcəyi ünvana çatdırmasını xahiş edib. Sürücü kuryer olaraq işləsə də, piyadanın xahişini nəzərə alıb və onu 5 manat müqabilində “28 May” metrostansiyası yaxınlığına aparmağa razılaşıb.
Düşən zaman sərnişin sürücüyə xırda pulunun olmadığını deyərək 20 manat verib. Kuriyer isə qalıq olaraq sərnişinə 13 manat qaytarıb. Bir müddət sonra yanacaqdoldurma məntəqəsinə yaxınlaşan sürücü pulun saxta olduğunu öyrənib.
Qeyd edək ki, zərərçəkmiş hadisəylə bağlı məlumatı sosial şəbəkə hesabında paylaşıb və insanlara diqqətli olmalarını bildirib./avtosfer.az