Hindistanın haker qrupu “APT Bahamut”un “Android” əməliyyat sistemi ilə işləyən cihazlara “Safe Chat” adlı saxta proqram quraşdıraraq “WhatsApp”, “Telegram”, “Signal”, “Viber” və “Facebook Messenger” kimi mesajlaşma proqramlarında saxlanılan məlumatları oğurladığı aşkar edilib.
Stopnarkotik.az xəbər verir ki, kibertəhlükəsizlik mütəxəssisləri ən son haker hücumlarının “WhatsApp”da fişinq mesajları vasitəsilə həyata keçirildiyini aşkar ediblər.
“Safe Chat” proqramı vasitəsilə hakerlər zəng qeydlərini, mətn mesajlarını və GPS məkan məlumatlarını oğurlayırlar.
Hakerlər öz qurbanlarını “Safe Chat” quraşdıraraq daha təhlükəsiz platformaya keçməyə inandırmaq üçün ağıllı yanaşmadan istifadə edirlər. Tətbiq real messencerə bənzər interfeysə və potensial qurbanlarla inam yaratmağa kömək edən istifadəçi qeydiyyatı prosesinə malikdir.
Tətbiqdə profil yaradan zaman saxta messencer hakerlərə lazım olan bütün məlumatları əldə etməyə imkan verən müxtəlif informasiya və funksiyalara daxil olmaq üçün icazə istəyir.