Ədliyyə Nazirliyi Pentensiar xidmətin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat keçirib.
Pentensiar xidmətdən verilən xəbərə görə, əməliyyat-axtarış tədbiri nəticəsində Əliyev Akif Arif oğluna məxsus 1 ədəd ov tüfəngi, 1 ədəd “Vinçester” markalı silah və ümumi çəkisi 80 qram olan qurudulmuş marixuana Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda aşkar edilərək götürülüb.
Stopnarkotik.az