Rusiya sülhməramılarının Şuşa şəhərinin girişində quraşdırdırdıqları müşahidə məntəqəsi də sökülüb.
Bu barədə "Telegram" kanallarında video yayılıb.
Sözügedən videoda sülhməramlıların Rusiya bayrağını aşağı endirərək, bölgəni tərk etməyə hazırlaşdıqları görünüb.
Qeyd edək ki, qarşılıqlı razılaşma əsasında Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının hərbi kontingenti dislokasiya yerlərini tərk etməyə başlayıblar. Bir neçə gündür davam edən prosesə görə, Rusiya sülhməramlıları Goran stansiyasında təyin olunmuş yerə toplaşır, oradan isə qatarla Rusiyaya yola salınırlar. Artıq xeyli sayda hərbçi və zirehli texnika Azərbaycan ərazisini tərk edib. Kremlin açıqladığı məlumata görə, sentyabr ayının sonuna qədər proses tam başa çatacaq.