Şuşada evdə partlayıcı tələ qurğusu tapıldı - FOTOLAR

Şuşa rayonu Kiçik Qaladərəsi kəndi ərazisində evlərin təmizlənməsi əməliyyatı zamanı partlayıcı tələ qurğusu aşkarlanıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, evin damında sütuna və damın giriş qapısına tələ məftili vasitəsilə quraşdırılmış döyüş vəziyyətinə gətirilən iki ədəd F-1 əl qumbaraları aşkarlanıb.

Aşkar edilən tələ qurğunu ANAMA əməkdaşları zərərsizləşdirərək, ərazinin təhlükəsizliyi təmin ediblər.

Şuşada evdən tələ qurğusu aşkarlandı - FOTOLAR

Şuşada evdən tələ qurğusu aşkarlandı - FOTOLAR

Şuşada evdən tələ qurğusu aşkarlandı - FOTOLAR

Şuşada evdən tələ qurğusu aşkarlandı - FOTOLAR