SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: görünüş məsafəsi məhdudlaşacaq

Sabah ölkə ərazisinin bəzi yerlərində avtomobil magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, noyabrın 22-də bəzi yerlərdə dumanlı və yağıntılı hava ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.