Bakının bir sıra yollarında tıxac müşahidə olunur.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
6. Mikayıl Useynov prospekti, Dövlət Bayrağı Meydanının qarşısından Azneft dairəsi istiqamətində;
7. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
8. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
9. Ağa Neymətulla küçəsi, "Nəriman Nərimanov" metro stansiyası istiqamətində;
10. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
11. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
12. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər) sıxlıq müşahidə olunur.