7 sentyabr saat 22:00-dan 8 sentyabr saat 03:00-dək paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın intellektual idarə edilməsi üzrə monitorinqlər keçiriləcək.
Stopnarkotik.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bununla bağlı irgə məlumat yayıb.
Bildirilib ki, monitorinqlə əlaqədar Heydər Əliyev prospekti (Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətindən başlayaraq), Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn küçələrində avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.
"Hərəkət iştirakçılarından xahiş edirik ki, 5 saat keçirilməsi nəzərdə tutulan monitorinq müddətində həmin istiqamətlər üzrə hərəkətdə tətbiq olunacaq məhdudiyyətləri nəzərə alsınlar. Hərəkətin təşkili DYP əməkdaşları tərəfindən tənzimlənəcəkdir", - məlumatda deyilir.