SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: Bakının bu prospektində sürət həddi endirildi

Bakının Ziya Bünyadov prospektində sürət həddi 90 km/saatdan 70 km/saata endirilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, qeyd olunan yol sahəsində müvafiq yol nişanlarının quraşdırılması davam etdirilir.

Qurum sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələrini xahiş edir.