Sürücü qəsdən digər maşını vurub yoldan çıxardı - VİDEO

Bakıda hərəkətdə olan avtomobilin sürücüsü qəsdən digər avtomobili vurub.

Stopnarkotik.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.

 

 

Belə ki, Bakının Nərimanov rayonu, Atatürk prospektində, hərəkətin intensiv olduğu bir vaxtda 77-HX-718 dövlət nömrə nişanlı "Prius" markalı avtomobilin sürücüsü 10-EA-350 dövlət nömrə nişanlı VAZ-2107 markalı maşını vuraraq yoldan çıxarmağa cəhd edib.

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.