SURƏT HÜSEYNOV ÖLÜB? - Kürəkənindən açıqlama / Yenilənib

"Hələ dəqiq bilinmir nə baş verib”. 

Stopnarkotik.az xəbər verir ki, bu sözləri "qaynarinfo"ya Surət Hüseynovun Kamran adlı kürəkəni bildirib. 

Onun sözlərinə görə, Surət Hüseynov hazırda İstanbulda xəstəxanaların birindədir: "Onun reanimasiyada olduğu bildirilir. Hələ ki, ora gedib çıxan olmayıb. Ona görə də dəqiq heç nə deyə bilmərik. Deyirlər komaya düşüb”.

Surət Hüseynovun kürəkəninin sözlərindən belə anlaşılıb ki, keçmiş baş nazirin səhhəti qəfil pisləşib. Çünki onun səhhətində problemlərin olduğu müşahidə olunmayıb. 

"Vallah bilinmir, qəfil olub deyəsən. Bir ora gedək çıxaq, ondan sonra dəqiq biləcəyik. Hələlik heç nə deyə bilmirik”, deyə Surət Hüseynovun kürəkəni bildirib.

***14:27

Surət Hüseynov komaya düşüb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə “qaynarinfo”ya sabiq baş nazirin yaxınları bildiriblər.

Həkimlər əvvəlcə onun öldüyünü zənn ediblər. Lakin sonradan məlum olub ki, o, komadadır. Yaxınları Surət Hüseynovun hazırda reanimasiyada olduğunu bildirirlər.

***13:49

Azərbaycanın sabiq baş naziri Surət Hüseynov vəfat edib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə gununsesi.info-ya Surət Hüseynovun yaxınları bildirib.

Məlumata görə, Moskvadan İstanbula gələn Surət Hüseynov təyyarə eniş edən zaman ürəktutmasından vəfat edib.

Qeyd edək ki, Sürət Hüseynov 1959-cu ildə fevralın 12-də Gəncə şəhərində anadan olub. O, 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də Prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub.