"Suriyada baş verənlər Rusiyanın məğlubiyyəti deyil" - PUTİN

Suriyada baş verən hadisələr Rusiyanın məğlubiyyəti deyil.

Bunu Rusiya Prezidenti Vladimir Putin ilin yekunlarına həsr olunmuş konfransda bildirib.

"Rusiya ümumilikdə Suriyada öz məqsədlərinə çatıb", - o qeyd edib.

V.Putin, həmçinin bildirib ki, o, Suriyanın keçmiş prezidenti Bəşər Əsəd Moskvaya gəldikdən sonra hələ onunla görüşməyib, lakin bunu planlaşdırdığını qeyd edib.