Suraxanıda Yevlax sakinini bıçaqlayan şəxs saxlanıldı

Noyabrın 24-də Suraxanı qəsəbəsi ərazisində Yevlax rayon sakini olan bir nəfərə kəsilmiş-deşilmiş xəsarət yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini 1988-ci il təvəllüdlü B.Abdullayev müəyyən olunaraq saxlanılıb. 

Stopnarkotik.az xəbər verir ki, o, Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində ələ keçib.

Faktla bağlı araşdırma aparılır.