SURAXANIDA NARKOTİK ƏMƏLİYYATI: iki nəfər saxlanıldı, 4 kiloqram marixuana götürüldü

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, Suraxanı rayonu ərazisində həyata keçirilən növbəti tədbirlər zamanı 40 yaşlı E.Əliyev və 53 yaşlı Y.Tariverdiyev saxlanılıblar.

Onlardan 3,9 kiloqram narkotik vasitə olan marixuana aşkarlanıb.

Araşdırmalar aparılır.