Sumqayıtda zavodda partlayış olub - 5 NƏFƏR XƏSARƏT ALIB / YENİLƏNİB

Sumqayıt şəhərində baş verən partlayış səbəbilə mayın 20-də saat 12:20 radələrində 5 nəfər (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Stopnarkotik.az bu barədə TƏBİB-dən məlumat verilib.

"Müxtəlif dərəcəli yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən 3 nəfər Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunur. Digər 2 nəfərin müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağırdır", - məlumatda deyilir.

*** 13.27

Sumqayıtda zavodda partlayış olub.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var.

Xəsarət alanların 3 nəfər olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.