Sumqayıtda zavodda bədbəxt hadisə - FƏHLƏ ÖLDÜ

Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsində yerləşən Sulfanol zavodunda bədbəxt hadisə baş verib.

Stopnarkotik.az trend-ə istinadən bildirir ki, müəssisədə fəhlə işləyən 1996-cı il təvəllüdlü Elşən Quliyevi elektrik cərəyanı vurub. O, hadisə yerində vəfat edib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.