Sumqayıtda yaşayış binasında yanğın: Sakinlər təxliyə edildilər

Sumqayıtda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə ediliblər.

Stopnarkotik.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin 30-cu məhəlləsində yerləşən çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində baş verib.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğın zamanı binadakı mənzillərdən bir nəfər xilas edilib, ümumilikdə isə iki sakin təhlükəsiz əraziyə təxliyə edilib.