Sumqayıtda tanışını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Sumqayıtda tanışını öldürməkdə təqsirləndirilən Nüsrət Həsənəlilinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

İş üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Hafiz Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası oktyabrın 9-da keçiriləcək.

Qeyd edək ki, 1999-cu il təvəllüdlü Nüsrət Həsənəlili Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən kafelərdən birində aralarında yaranmış mübahisə zamanı tanışı, 1995-ci il təvəllüdlü Nicat Bayramovu öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb./e-huquq.az