Sumqayıtda radiasiya aşkarlanıb.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Metallurq keçəsindəki zavodların birinin ərazisində qeydə alınıb.
Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin, Sumqayıt şəhər Polis İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunub. Ərazi mühafizə olunub.
Qeyd edək ki, radiasiya zavodların birinin daxilində 4 metr dərinlikdə aşkarlanıb. Dərhal işçilər və yaxınlıqda olan sakinlər evaukasiya olunub. Bunun insan həyatı üçün təhlükəli olduğu izah edilib
Məlumat üçün bildirək ki, radiasiya ətraf mühit və insan sağlamlığı üçün ən böyük təhlükəni təbii mühitin radioaktiv çirklənməsi yaradır. Atmosferə radioaktiv maddələr təbii radioaktiv proseslər vasitəsilə, uran filizləri çıxarıldıqda, reaktorların istismarı zamanı və atom partlayışları nəticəsində daxil olur.