Fevralın 27-də paytaxtda yerləşən özəl klinikalardan birində liposaksiya əməliyyatı etdirən 34 yaşlı qadın bu gün ölüb.
Stopnarkotik.az xəbər verir ki, hadisə Sumqayıtda baş verib.
18-ci məhəllə sakini 1991-ci il təvəllüdlü Mirzəyevə Pərvanə Afiəddin qızının halı pisləşərək öz evində ölüb.
Mərhumun ailəsinin iddiasına görə, P. Mirzəyeva əməliyyat səbəbindən dünyasını dəyişib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, liposaksiya bədənin korreksiya olunması, yəni lokal yerlərdə, məsələn, qarında, qollarda, kürək nahiyəsində və s. toplanmış piylərin çıxarılması əməliyyatıdır.