Sumqayıt şəhərində baş verən partlayış nəticəsində xəsarət alan şəxsin son durumu məlum olub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzindən bildirilib.
Məlumata görə, Sumqayıtda baş verən partlayış səbəbilə mayın 7-də saat 22:30 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1997-ci il təvəllüdlü şəxs (kişi) hospitalizasiya olunub.
Başın, boyunun və gövdənin I dərəcəli termiki yanığı diaqnozu təyin edilən şəxsə Təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib.
***10:45
Sumqayıtda emalatxanada partlayış olub.
Stopnarkotik.az xəbər verir ki, hadisə "İnşaatçılar" yaşayış massivində yerləşən metaləritmə emalatxanasında qeydə alınıb.
Sobanın partlaması nəticəsində partlayış baş verib. Partlayış nəticəsində 1997-ci il təvəllüdlü Ağasəlim Cəlilov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.