Sumqayıtda dəniz kənarında silah-sursat tapıldı

Sumqayıt şəhərində dəniz kənarında avtomat silahı və patron aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Polis əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində Sumqayıt şəhərində yerləşən dənizkənarı ərazidə 1 avtomat silahı və 4 ədəd patron tapılaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.