Sumqayıtda bir gündə beş nəfər dəm qazından zəhərlənib.
Stopnarkotik.az report-a istinadən verir ki, hadisə şəhərin müxtəlif ərazilərində qeydə alınıb.
Onlar “Betonzavod” adlanan ərazidə fərdi evdə yaşayan Sumqayıt şəhər sakinləri, 2003-cü il təvəllüdlü Mehdiyeva Fərqanə Elbrus qızı, 2005-ci il təvəllüdlü Mehdiyeva Əfsanə Elbrus qızı və 2003-cü il təvəllüdlü Abdullayeva Fidan Süleyman qızı, 4-cü mikrorayonda yaşayan 1956-cı il təvəllüdlü Cəfərova Nigar Mirdövlət qızı, 2005-ci il təvəllüdlü Astanova Nərmin Elgün qızıdır.
Dəm qazından zəhərlənən şəxslər dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.