SUMQAYITDA BƏDBƏXT HADİSƏ: 53 yaşlı kişi öldü

Sumqayıtda 53 yaşlı kişi quyuya düşərək ölüb.

Stopnarkotik.az xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib.

1971-ci il təvəllüdlü Mahir Qabil oğlu Əhmədov ərazidəki üstü bağlanmamış quyuya düşərək ölüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.