Sumqayıtda 6 aylıq körpə öldü - YENİLƏNİB

Sumqayıtda 6 aylıq körpənin ölüm səbəbi açıqlanıb.

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, avqustun 1-də saat 04:20 radələrində Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına 2025-ci il təvəllüdlü körpə hospitalizasiya olunub.

Məlumata əsasən, yuxarı tənəffüs yollarının kəskin infeksiyası, dəqiqləşdirilməmiş pnevmoniya, kəskin respirator çatışmazlıq, dəqiqləşdirilməmiş qaraciyər çatışmazlığı və maddələr mübadiləsinin dəqiqləşdirilməmiş pozuntusu diaqnozu təyin edilən körpə reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin çoxsaylı səylərinə baxmayaraq, körpənin avqustun 2-də saat 14:30 radələrində beyin ödəmi səbəbindən ölüm faktı qeydə alınıb.

***11:26

Sumqayıtda dəhşətli hadisə yaşanıb.

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhərində yerləşən Uşaq xəstəxanasında qeydə alınıb. 

Sumqayıt şəhər sakini, 6 aylıq körə Alparslan Elməddin oğlu Cəfərli infarktdan ölüb. 

Faktla bağlı araşdırma aparılır.