Sumqayıtda 17 yaşlı gəncin ölümünün TƏFƏRRÜATI: İki qardaş saxlanıldı

Sumqayıt şəhərində qətlə yetirilən 17 yaşlı gənc ilə bağlı redaksiyamıza təfərrüat daxil olub.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ç.Q. və 2010-cu il təvəllüdlü Ö.Q. qardaşları saxlanılaraq istintaqa təhvil veriliblər.

Məlumata görə, Emil Qələndərov söyüşə görə iki qardaş tərəfindən qətlə yetirilib.

E.Qələndərov evin tək övladı olub, ata-anası yoxdur, Sumqayıt şəhər 19 nömrəli tam orta məktəbin şagirdi idi.

*** 

Sumqayıt şəhərində gənc oğlan qətlə yetirilib.

"Report" xəbər verir ki, hadisə şəhərin Kimyaçılar qəsəbəsində qeydə alınıb.

2008-ci il təvəllüdlü Emil Qələndərov öldürülüb.

Faktla bağlı araşdırma aparılır.