Aprelin 16-da Baş Prokurorluq tərəfindən Sumqayıtda ətraf region prokurorluqları və hüquq-mühafizə orqanlarının əməkdaşları, digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin məsul şəxslərinin iştirakı ilə konfrans təşkil ediləcək.
Stopnarkotik.az xəbər verir ki, tədbir zamanı, həmçinin, dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və media arasında müzakirələr aparılacaq.
Toplantı çərçivəsində, Sumqayıt şəhər prokurorluğunda “Açıq qapı” günü təşkil ediləcək.
Baş Prokurorluq tərəfindən indiyədək 10-dan çox regional konfranslar təşkil edilib.