Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimindəki çıxışında Cənubi Qafqazdakı vəziyyət, o cümlədən Ermənistanla münasibətlər barədə çox aydın mesajlar verdi.
Stopnarkotik.az report-a istinadən xəbər verir ki, bunu Özbəkistanın keçmiş xarici işlər naziri Vladimir Norov deyib.
Diplomat söyləyib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi nə qədər tez imzalanarsa, o qədər yaxşıdır:
“Sülh sazişinin komponentlərindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Bu, xüsusilə rəsmi İrəvan üçün ciddi məsələdir. Zəngəzur dəhlizinin açılması bütün region, o cümlədən Ermənistan üçün qazanclı olacaq. Nəzərə almaq lazımdır ki, Ermənistanın imkanları Azərbaycanın resurslarından daha azdır. Deməli, Zəngəzur dəhlizinin açılması ilə Ermənistan ciddi imkanlar əldə edə bilər”.