Sülh müqaviləsinin nəhayət imzalanması və realizasiyası üçün Ermənistan tərəfi konkret addımlar atmalıdır.
Stopnarkotik.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov deyib.
“Ermənistan Konstitusiyasında hələ də qəbuledilməz ərazi iddialarını ifadə edən və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə zidd olan müddəalar var”, deyən Əmirbəyov, davamlı sülhün bərqərar olması üçün Ermənistanın əsas qanununun iki ölkə arasında əvvəllər imzalanmış sülh sazişinin mətninə və ruhuna uyğunlaşdırılmasının vacibliyini vurğulayıb.
Stopnarkotik.az