Sui-qəsdin qurbanı olan mafiya liderini belə dəfn etdilər - VİDEO

Ekvadorda silahlı sui-qəsd nəticəsində dünyasını dəyişən narkotik dəstəsinin lideri Manuel Sevillano Bustamante silahlarla birlikdə dəfn edilib.

Stopnarkotik.az xəbər verir  ki,  bu barədə mafiya liderinin ailəsi məlumat yayıb. Onlar bildiriblər ki, sui-qəsdin qurbanı olan Manuel o biri "dünyada" düşmənləri ilə  mübarizə aparmaq üçün silaha ehtiyac duya bilər.

"Los Fatales" narkotik dəstəsinin lideri olan  39 yaşlı Manuel Julian Sevillano Bustamante avtomobil yuma xidmətində tapança ilə hücuma məruz qalıb. Xəstəxanaya aparılan Bustamantenin həyatını xilas etmək mümkün olmayıb.