Şərur sakinindən avtomat götürüldü

Şərur rayon sakinindən "Kalaşnikov" markalı avtomat götürülüb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə  Şərur Rayonu Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, Şərur Rayonu Aşağı Yaycı kənd sakini, 1960-cı il təvəllüdlü Zeynalov Səyyub Əziz oğlundan odlu silah götürülüb. Onun həmin silahı Şərur rayonunun Şahbulaq kəndi ərazisində dağlıq ərazidə saxladığı müəyyən edilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.