Moskvanın Vnukovo hava limanında uçuşlarını gözləyən insanlar yerdə və kafelərdə yatırlar.
Sərnişinlərin SHOT-a verdiyi məlumata görə, Moskva (Vnukovo) - Bakı (Heydər Əliyev Beynəlxalq Aeroportu) reysi artıq 6 dəfə təxirə salınıb.
İnsanlar təxminən bir gündür uçuşlarını gözləyirlər. Onlara yemək kuponu, bəzilərinə isə oteldə yer verilib.
Qeyd edək ki, Rusiyadan həmçinin 200 turist Türkiyənin Dalaman hava limanında ilişib.
Dalamandan uçan ruslar yerli hava limanında skamyalarda yatırlar.
İnsanlara reysin səhər saat səkkizə dəyişdirildiyi bildirilib. Dünən gecə bütün turistlər otellərindən götürülərək hava limanına aparılsa da, onların uçuşu cədvələ uyğun gəlməyib.
Vnukovoda 8-9 may tarixlərində 50-yə yaxın, Domodedovoda isə 70-ə yaxın uçuşlar ləğv edilib./milli.az