“Sputnik Azərbaycan”ın daha bir əməkdaşı həbsdən buraxıldı

Xətai Rayon Məhkəməsinin qərarı ilə Rusiyaya məxsus “Sputnik Azərbaycan” İnformasiya Agentliyinin həbsdə olan daha bir əməkdaşı sərbəst buraxılıb.

Stopnarkotik.az xəbər verir ki, ”Gununsesi.info"nun məhkəmədən əldə etdiyi məlumata görə, məhkəmə bu gün Yevgeni Belousovu ev dustaqlığına buraxıb.

Xatırladaq ki, bir neçə gün əvvəl ”Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx da həbsdən azad edilib və Rusiyaya yola salınıb.