Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Rusiya ordusunun Qarabağda sülhün əsas təminatçısı olduğunu deyib.
Stopnarkotik.az Rusiya KİV-ə istinadən xəbər verir ki, o, bu barədə kollegial iclasda danışıb.
Nazir söyləyib ki, Rusiya ordusu Suriya və Qarabağda sülhün qorunmasının əsas təminatçısıdır: “Rusiya qoşunları Suriya və Qarabağda sülhün qorunmasının əsas təminatçısı olmaqda davam edir”.
Nazir Rusiya hərbi kontingentinə yeni reallıqda Suriya və Qarabağda sülhün və sabitliyin qorunmasını təmin etməyi tapşırıb.