Mayın 19-da səhər saatlarında Nizami rayonu ərazisində bir nəfər şəxsin evinin girişində soyğunçuluq yolu ilə 100 manatının talanması barədə 24-cü Polis Şöbəsinə məlumat daxil olub.
Stopnarkotik.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən 3 yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Stopnarkotik.az