Yasamal rayonu Həmidağa Hüseynzadə küçəsində yolun kənarında park edilmiş avtomobillərlə bağlı sakinlərdən müraciət daxil olub. Bildirilib ki, sahibi bəlli olmayan maşınlar illərdir (təxmini 10 ilə yaxın) eyni ərazidədir.
Şikayətçilərin iddiasına görə, yararsız vəziyyətdə olan bu nəqliyyat vasitələri küçəni zəbt etməklə yanaşı, gecələr də təhlükəli mənzərə yaradır. Onlar, günün qaranlıq saatlarında narkotik vasitə istifadəçilərinin əraziyə gələrək avtomobillərdən sığınacaq kimi istifadə etdiklərini qeyd ediblər.
Bu mənzərədə narahatlıqlarını ifadə edən sakinlər aidiyyəti qurumlara da müraciət etdiklərini bildiriblər./avtosfer.az